Professional, Sürətli və Operativ
![](https://aqrotextechizat.az/wp-content/uploads/2024/12/shutterstock_1127576.jpg-1.png)
- Xidmətlərimiz
Servis Xidmətimiz
“Aqrotextəchizat” MMC-dən aldığınız texnikanın keyfiyyəti istehsalçı tərəfindən 1 il müddətinə və ya 1100 moto/saat (hansının müddəti tez bitsə) zəmanətlə təmin olunur. “Aqrotextəchizat” MMC, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin rəsmi satış agenti kimi, satışdan sonrakı xidmət sahəsində peşəkar və təcrübəli mütəxəssislər tərəfindən traktorlara tam servis xidməti göstərir.
Diqqətə alın ki, texniki xidmət ödənişlidir. Texnikanın uzunömürlü və problemsiz işləməsi üçün istehsalçının qoyduğu tələblərə tam riayət edilməli, texnikaya vaxtında qulluq göstərilməlidir. Əgər texnikada istehsalçı səbəbindən yaranan hər hansı nöqsan olarsa, bu halda texnikanın təmiri pulsuz şəkildə həyata keçirilir.
Hər bir alıcıya servis tərəfindən “ZƏMANƏT TƏLİMATI” təqdim edilir. Bununla yanaşı, alıcı ilə istehsalçı arasında “TEXNİKİ XİDMƏT MÜQAVİLƏSİ” imzalanır. Bu müqavilə çərçivəsində sizə servislə bağlı ətraflı məlumat verilir və bütün suallarınız cavablandırılır.
Unutmayın ki, texnikaya ilk 30 moto/saatlıq texniki qulluq və sonrakı TQ-ların vaxtında və peşəkar mütəxəssislər tərəfindən aparılması sizi böyük xərclərdən qoruyacaq. Təcrübə göstərir ki, zəmanət müddəti ərzində vaxtında edilən servis, zəmanətdən sonrakı problemlərin çoxunun qarşısını alır.
Traktor modeli
Məmnun Müştəri