Regionlar üzrə "Mobil Servis Qrupları"

Professional, Sürətli və Operativ

6+
İllik Fəaliyyət

“Mobil Servis Qrupları” Xidmətimiz

“Aqrotextəchizat” MMC regionlar üzrə çalışan mobil servis qrupları vasitəsilə operativ və effektiv xidmət təqdim edir. Bu mobil qruplar mütəmadi olaraq bölgələrə göndərilir və texniki qulluq ehtiyaclarınızı vaxtında qarşılayır. Səyyar servis xidmətini göstərən 4 ədəd “Pick-up” avtomobil və 12 nəfərlik komandamız müştərilərimizin sahələrdə işlərinin uzun müddət ləngiməsinin qarşısını alır.

Mobil Servis Xidməti əsasən:

  • Sürətlilik;
  • Qiymət baxımından sərfəlilik;
  • Operativ texniki qulluq prinsipləri üzərində qurulmuşdur.

Müraciət etdiyiniz zaman sizin əraziyə yaxın olan mobil qrup qısa müddət ərzində gəlib texnikanıza lazım olan qulluq əməliyyatlarını həyata keçirir. Bu proses təcili ehtiyacları qarşılamaqla yanaşı, vaxtınıza və maliyyə resurslarınıza qənaət etməyinizə kömək edir.

Bundan əlavə, sifariş olduğu halda mobil servis qruplarımız tərəfindən kənd təsərrüfatı və ya tikinti texnikası kimi digər avadanlıqlara da servis xidməti göstərilir. Bu çoxşaxəli xidmət sistemi məmnuniyyətinizin təmin olunmasını prioritet hesab edir.

20+

Traktor modeli

2150+

Məmnun Müştəri