Aqrotextechizat MMC Caspian Agro Baku 2024 Sərgisində İştirak Etdi

Aqrotextechizat MMC, kənd təsərrüfatı sektorunda innovativ həllər və müasir texnologiyaların tətbiqinə töhfə vermək məqsədilə, ölkənin ən böyük kənd təsərrüfatı sərgilərindən biri olan Caspian Agro Baku 2024-də iştirak etdi.

Bu sərgidə Azərbaycanın Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak ediblər. Liderlər sərgi zamanı təqdim olunan müxtəlif innovativ texnologiyalar və kənd təsərrüfatı avadanlıqları ilə tanış olublar.

Şirkət sərgidə öz məhsul və xidmətlərini nümayiş etdirərək, ziyarətçilərə kənd təsərrüfatı texnikası, avadanlıqlar və texniki xidmətlər sahəsindəki yeniliklər haqqında məlumat təqdim etdi. Aqrotextechizat MMC-nin stendi geniş maraq doğurdu və sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Caspian Agro Baku 2024 sərgisi çərçivəsində Aqrotextechizat MMC, həm yerli, həm də beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıqlar qurmaq, müştərilərinin ehtiyaclarına uyğun həllər təqdim etmək və kənd təsərrüfatı sahəsindəki son tendensiyaları paylaşmaq üçün geniş imkanlar əldə etdi.

Sərgidə iştirak şirkətimizin kənd təsərrüfatı sektorundakı mövqeyini daha da möhkəmləndirməyə, müştərilərimizə müasir və effektiv həllər təqdim etməyə olan sadiqliyini bir daha təsdiqləyir.

Aqrotextechizat MMC, yağmurlu hava şəraitinə baxmayaraq, Caspian Agro Baku 2024 sərgisində fəal iştirakını davam etdirib. Şirkət sərgi boyunca öz texnikalarını nümayiş etdirərək kənd təsərrüfatı sahəsindəki yeniliklərini ziyarətçilərin və mütəxəssislərin diqqətinə çatdırıb.

Pis hava şəraitinə rəğmən, Aqrotextechizat MMC sərginin sonuna qədər əzmlə iştirak edib, innovativ texnologiyalarını tanıdaraq yerli və beynəlxalq mütəxəssislərdən böyük maraq qazanıb. Şirkətin təqdim etdiyi avadanlıqlar, xüsusilə, kənd təsərrüfatı işlərində səmərəliliyi artırmağa yönəlik funksiyaları ilə sərgiyə gələnlərin diqqət mərkəzində olub.

Belə aktiv iştirak, Aqrotextechizat MMC-nin sahəsindəki peşəkarlığını və milli aqrar sektorun inkişafına verdiyi töhfəni bir daha sübut edir.

Aqrotextechizat MMC – kənd təsərrüfatında tərəqqi və innovasiyaların ünvanı!




Facebook
Twitter
LinkedIn
WhatsApp
Qiymət və digər suallarla bağlı məlumat üçün əlaqə nömrənizi qeyd edə bilərsiniz. Sizinlə ən qısa zamanda əlaqə yaradılacaq