Aqrotextəchizat MMC “Caspian Agro 2026” sərgisində iştirak etdi

Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan Aqrotextəchizat MMC, Caspian Agro 2026 beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib.

Sərgi çərçivəsində şirkət kənd təsərrüfatı texnikaları və aqreqatlarının geniş çeşidini nümayiş etdirərək fermerlərə müasir və effektiv həllər təqdim edib. Aqrotextəchizat MMC-nin stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, burada yerli fermerlərlə yanaşı xarici qonaqlarla da məhsuldar görüşlər keçirilib.

Təqdim olunan texnikaların keyfiyyəti, istifadədə rahatlığı və yanacaq sərfiyyatına qənaət etməsi iştirakçıların xüsusi diqqətini cəlb edib. Şirkət nümayəndələri tərəfindən verilən məlumatlara əsasən, sərgi müddətində bir çox potensial müştərilər texnikalara maraq göstərərək yaxın gələcəkdə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Eyni zamanda, mövcud müştərilər texnikaların praktikada özünü doğrultduğunu qeyd edərək müsbət rəylərini bölüşüblər.

“Caspian Agro 2026” sərgisi Aqrotextəchizat MMC üçün yeni işgüzar əlaqələrin qurulması, bazar mövqeyinin gücləndirilməsi və müasir aqrotexniki həllərin təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edib.

Şirkət gələcəkdə də bu kimi beynəlxalq tədbirlərdə iştirak edərək ölkənin kənd təsərrüfatının inkişafına töhfə verməyi planlaşdırır.

Facebook
Twitter
LinkedIn
WhatsApp