Zəmanət Xidməti

“Aqrotextəchizat” MMC tərəfindən təqdim olunan zəmanət xidməti istehsalçı tərəfindən təyin edilmiş 1 illik və ya 1100 moto/saatlıq müddət ərzində texnikanızı tam qoruma altına alır. Zəmanət müddəti ərzində yaranan və istehsal qüsuru səbəbindən qaynaqlanan nasazlıqlar pulsuz şəkildə aradan qaldırılır.

Zəmanət xidmətinin şərtləri çərçivəsində:

  • Hər alıcıya “ZƏMANƏT TƏLİMATI” təqdim edilir.
  • Alıcı ilə istehsalçı arasında “TEXNİKİ XİDMƏT MÜQAVİLƏSİ” bağlanır.
  • Texniki qulluq şərtləri və müddətləri alıcıya izah edilir, suallar cavablandırılır.

Lakin qeyd edilməlidir ki, texnikaya vaxtında və peşəkar qulluq edilmədiyi halda yaranacaq nasazlıqlar alıcının məsuliyyət dairəsinə daxildir və texnika zəmanətdən kənarlaşdırılır.

Vaxtında texniki qulluq aparmaqla zəmanət müddətindən sonrakı mümkün xərclərin qarşısını almaq əsas prioritetdir. Peşəkar servis komandamız bu istiqamətdə səylə çalışır.

6+
İllik Fəaliyyət