Aqrar İnkişaf Könüllülərini ofisimizə dəvət etdik

Aqrar sahədə gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərimiz çərçivəsində Aqrar İnkişaf Könüllülərini ofisimizə dəvət olunmuşdur. Görüş zamanı könüllülər üçün şirkətimizin fəaliyyət istiqamətləri, aqrar texnika və mexanizmlərin tətbiqi, müasir kənd təsərrüfatında innovativ yanaşmalar və sektorun inkişaf perspektivləri barədə ətraflı təqdimat keçirilmişdir.

Təqdimat zamanı iştirakçılara aqrar sahədə texniki təminatın rolu, texnikaların düzgün seçimi və istifadəsinin məhsuldarlığa təsiri, eləcə də bu sahədə mövcud olan real iş təcrübələri haqqında məlumat verilmişdir. Könüllülər interaktiv müzakirələrdə fəal iştirak edərək onları maraqlandıran suallara ətraflı cavablar almışlar.

Görüşün əsas məqsədi aqrar sahəyə maraq göstərən gənclərin praktiki biliklərinin artırılması, real iş mühiti ilə tanışlığı və gələcək karyera planlamalarında onlara dəstək olmaqdır. Tədbir səmərəli fikir mübadiləsi və qarşılıqlı təcrübə paylaşımı şəraitində keçmişdir.

Şirkətimiz gələcəkdə də aqrar sahədə gənclərin inkişafına töhfə verən bu cür maarifləndirici görüşlərin keçirilməsini davam etdirməyi planlaşdırır.

Facebook
Twitter
LinkedIn
WhatsApp